Qurban Qurbanov: "Buna görə bir qədər əhvalımız yaxşı olmadı"

11.08.2017 | 5912 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başladı. Stadium.Az xəbər verir ki, Ağdam klubu turun və mövsümün açılış oyununda əzəli rəqibi "Neftçi"ni səfərdə 3:1 hesabıyla məğlub etdi. Oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov matç haqda bunları söylədi:

- İlk oyun idi və ən azından çox maraqlı qarşılaşma oldu. Azarkeşlər 4 qol gördülər. Futbolun bəzəyi də elə qoldur. Onları təbrik edirəm, elə öz futbolçularımı da. Onlar oyuna özlərin çox yaxşı hazırlamışdılar. Meydanda da bunu göstərdilər.

Oyunun sonları çox gərgin keçdi. Buna görə bir qədər əhvalımız yaxşı olmadı. Buna Dani Kintananın zədələnməsi də təsirini göstərdi. Rəşadla Miçelin xırda zədəsi olduğu üçün oyunun iştirak ərizəsinə adların salmadıq. Onlar "Kopenhagen"lə oyuna kimi hazır olacaq. Buna ümid edirəm.

- Zədələnən Kintananın durumu necədi?

- Həmin ayağından zədələndi. Əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik.

- “Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?

- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımıza baxırlar. “Neftçi” ilə görüş bizim üçün vacib idi. “Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail