Ramil Quliyev: "Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi" VİDEO

11.08.2017 | 6768 dəfə oxunub

Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev dünya çempionu olub.

Stadium.Az xəbər verir ki, Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev qələbə sevincini bölüşüb:

"Xoşbəxtəm. Karyeramın ən böyük uğuruna imza atdım. Bunu bacaracağıma inanırdım. Atmosfer gözəl idi. Yarışa baxmağa çoxlu insan gəlmişdi. Tribunalar dolu idi və bu bizi xoşbəxt edirdi. Mənim üçün inanılmaz yarış oldu. Useyn Boltun da bu turnirdə iştirak etməsini istərdim, amma olmadı. O, karyerasını bitirdi. Boltun gedişindən sonra qələbəyə inamımız artıb (gülür). Useyn getdi, yerinə başqa idmançılar gəlir. Sıra bizdədir, inşallah, daha yaxşı olar”.

Qələbədən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuran 27 yaşlı atlet bunun çoxdankı arzusu olduğunu vurğulayıb: “Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi və bunu etdim. İnanıram ki, gələcəkdə daha artığını edə bilərəm. Dünya çempionatındakı nailiyyət növbəti mövsüm üçün mənə əlavə güc verir. Növbəti hədəfim olimpiada medalı qazanmaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail