Modriç "Barselona"yla oyunu buraxacaq

10.08.2017 | 5174 dəfə oxunub

Həftənin bazar günü "Barselona" ilə İspaniya Super Kubokunun qalibini müəyyənləşdirəcək "Real" oyuna ciddi itki ilə çıxacaq.

Stadium.Az xəbər verir ki, "kral klubu" yarımmüdafiəçisi Luka Modriçin xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə xorvatiyalı ulduzun 3 il əvvəl aldığı qırmızı vərəqdir. Belə ki, 31 yaşlı yarımmüdafiəçi 2014-cü ilin avqustun 22-də keçirilən "Atletiko" ilə Super Kubok matçında aldığı qırmızı vərəqəyə görə "Nou Kamp"da keçiriləcək ilk qarşılaşmada oynamayacaq.

Həmin ildə "Real"la ilk oyunda 1:1 hesablı heç-heçə edən "Atletiko" cavab matçında 1:0 qalib gələrək kuboku başı üzərində qaldırmışdı. Modriç də cavab qarşılaşmasının 48-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq cəzalı durumua düşmüşdü.

İspaniyada olan qaydalara görə, Modriç qırmızı vərəqə cəzasını Super Kubok matçında çəkməli idi. 2014-cü ildən sonra "Real" iki mövsüm Super Kubokda çıxış etmədi.

2017/18 mövsümünə İspaniyada iki "El-Klassiko" ilə start veriləcək. Modriç avqustun 13-də "Nou Kamp"da keçiriləcək qarşılaşmada oynamayacaq. Xorvatiya yığmasının üzvü 4 gün sonra Madriddə baş tutacaq görüşdə şans qazana biləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail