Xaç işarəsinə görə klubundan imtina etdi

28.07.2017 | 5074 dəfə oxunub

Çempionlar Liqasında Makedoniyanı təmsil edən "Vardar"ın yeni transferi Florent Osmani klubla yollarını ayırıb. Stadium.Az xəbər verir ki, 29 yaşlı hücumçu qərarını dini etiqadı ilə əlaqələndirib.

Skopye klubunun emblemində xaç işarəsi olduğundan Osmani onun əks olunduğu formanı geymək istəməyib:

"Bu emblemi dini səbəblərə görə daşıya bilmərəm. Rəhbərliklə danışdıq. Bu komandada oynamaq istəsəm də, emblemi daşımaq fikrində deyiləm.

Loqonun xaç olan hissəsini bağlamaq istədim. Təklifimi qəbul etmədilər. Dinim mənim üçün əsasdır. Buna görə klubdan ayrılmaq qərarına gəldim".

Osmani əslən kosovoludur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail