Tovuzlu azarkeşlər klub rəhbərliyinə qarşı çıxdı: «Nail və onun ətrafındakılar, rəhbərləri Tovuz futbolunun üz qarasıdır»

05.12.2011 | 6821 dəfə oxunub

Dünən keçirilən «Turan» - «Qarabağ» oyunundan sonra hakimlərin döyülməsiylə bağlı klub bəyanat yaymışdı. Bəyanatda bildirilirdi ki, klub rəhbərliyi bünü pisləyir və bu, azarkeşlərin hərəkətidir. Bu gün isə məsələyə aydınlıq gətirmək üçün «Tovuzlu azarkeşlər birliyi»nin rəhbəri Köçəri Kərimovla danışdıq. Azərkeşlər arsında Talıb kimi tanınan fanklub rəhbəri «Stadium.az»ın əməkdaşına hadisəni belə şərh etdi: «Hakimin döülməsiylə tovuzlu azarkeşlərin yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Nə oldu, «Turan»ın «qan-qan» edən vaxtlarında bir hakimləri döymədik, indii döydük? Bilirsiz, gərək inandırıcı olsun axı. Bütün bunları edən klubun vitse-prezidenti deyilən Nail Nurəddinoğludur. Mənə bu barədə bayaq xəbər veriblər ki, hakimlərin döyülməsini klub rəhbərliyi azarkeşlərin üzərinə atıb. Bu, ağ yalandı. Nail və onun «kampaniyası» Tovuz futbolunun adına böyük bir qara ləkədir. Hakimi də Nailin mühafizəçiləri döyüb. Biz Tovuz azarkeşləri olaraq bunu pisləyirik. İndiyə kimi həmişə AFFA nümayəndələrinə, hakimlərə, daha sonra də PFL işçilərinə həmişə hörmətlə yanaşmışıq. Onlardan heç biri deyə bilməz ki, bu vaxta qədər Tovuzda bizim azarkeşlər tərəfindən hansısa şəkildə fiziki zorakılıq, təhqir və bu kimi şeylər görüblər. Klub rəhbərliyi deyir bunu azarkeşlər edib, onların xəbəri yoxdur. Biz də deyirik ki, onlar edib, bizim xəbərimiz yoxdur. Heç bilmirik ki, belə etməkdə məqsədləri nədir.

rnrn

Sizə bir məlumat da verim. «İnter»lə oyundan sonra mühafizəçilər azarkeşlərə deyib ki, guya bizi stadiona buraxmayacaqlar. Mən həmin vaxt Bakıdaydım. Dedim narahat olmasınlar, görək oyun günü kim bizim qabağımızı kəsə bilər. Kül düşsün Tovuz klubunun başına ki, Naili gətirib bura vitse-prezident qoyublar. Mən bu barədə klubun vitse-prezidenti Musa Süleymanova da dedim ki, Naili burada istəmirik. O da mənə «Naili ora mən qoymuşam, mən də çıxaracam» cavabını verdi».

rnrn

Kərimdan soruşduq ki, Nailə nə verib ala bilmirlər? Axı klub rəsmisi ilə fanatlar arasında yaranan problemin səbəbi nədədir? Köçəri bəy sualımıza belə cavab verdi: «O bura gələndən «Turan»rn5-6 məşqçi dəyişib. Tovuz futbolu üzü geri gedir. Elə bil dağa dirənib futbolumuz. Həmişə bir mühafizəçi ilə gəzirdi, «Qarabağ»la oyun günü isə yanında dördü vardı. Nail və onun ətrafındakılar, rəhbərləri Tovuz futbolunun üz qarasıdır».



  #2   Adınız: TURANCI;   E-mail: [email protected]

07.12.2011 12:04

SOK SOK SOK!!!!!!!!!! NAIL NAMELUMOQLU TURANDAN IT KIMI QOVULDU

  #1   Adınız: turanci;   E-mail: [email protected]

07.12.2011 11:22

yawasin tovuzlu azarkewler. sizi tebrik edirem isteyinize catdiniz naili turandan QOVDULARRRRRRRRRRRRRRRRRRR

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail