Milad Beiqi Harçeqani dünya çempionu oldu

30.06.2017 | 6153 dəfə oxunub

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

Stadium.Az xəbər verir ki, Məhəmməd Məmmədovun ardınca Milad Beiqi Harçeqani də fəxri kürsüyə yüksəlib.

80 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız mundialda rəqib tanımayıb. Belə ki, ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən 26 yaşlı taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb – 18:7.

Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, finala gedən yolda moldovalı Aaron Kukla qarşılaşıb. Milad titullu rəqibinə 41:5 hesabı ilə qalib gəlib.

Təmsilçimiz həlledici görüşdə Anton Kotkovla gücünü yoxlayıb və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələnib.

Miladdan öncə Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail