Şahin Diniyevə Latviyadan rəsmi dəvət

02.12.2011 | 7353 dəfə oxunub

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin yenidən ölkə xaricində işləmək şansı yaranıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Latviyadan dəvət alıb. Stadium.az xəbər verir ki, 
“Terek”dən (Rusiya) ayrıldıqdan sonra işsiz qalan 45 yaşlı mütəxəssis bu dəfə Latviyanın yüksək liqasında mübarizə aparan “Yurmala” klubunu çalışdırmaq dəvətinə baxacaq.

Diniyev açıqlamasında bildirib ki, həmin klubun prezidenti Aleksandr Burunin onun xidmətində maraqlıdır: “Düzdür, Burunin şəxsən mənə zəng vurmayıb. Amma komandanın baş meneceri Anatoli Şümut prezidentin adından mənə dəvət göndərdi. Sözsüz ki, mən də müəyyən şərtlərimi onlara bildirdim”.

O, telefon söhbətində komandanın iddiaları ilə də maraqlanıb: “Menecer bildirdi ki, komanda yüksək liqada yeni olsa da, iddialıdır. Komanda milli çempionatda ilk “üçlüy”ə daxil olub, Avropa Liqasında qüvvəsini sınamaq arzusundadır. Əlbəttə ki, iddialı bir klubda işləmək xoş olar. Komandanın bazası, stadionu var. Amma növbəti danışıqlar zamanı ortaq məxrəc tapmaq vacibdir. Şərtlərimi irəli sürmüşəm. Onlar bunu müzakirə edib, mənimlə əlaqə saxlayacaqlar. Ölkə xaricində işləmək, çətin olsa da maraqlıdır”. 

Qeyd edək ki, 2008-ci ildə yaradılan “Yurmala” klubuna indiyədək 4 məşqçi rəhbərlik edib. Bunlar Andrey Karpov, Andrey Kodizey, Soferbi Eşuqov və hazırkı məşqçi İqor Stepanovdur. Stepanov klubla 2011-ci ilin avqust ayında müqavilə imzalayıb. 

Oyunlarını “Yurmala” stadionunda keçirən komanda ötən mövsümü 5-ci pillədə tamamlayıb. 2010-cu ildə yüksək liqada oynayan klubun əsasını yerli futbolçular təşkil edir. Komandanın hazırkı heyətində cəmi 2 legioner var.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail