Güləş üzrə Rusiya çempionatında kütləvi dava VİDEO

13.06.2017 | 5884 dəfə oxunub

İnquşetiyanın Nazran şəhərində keçirilən sərbəst güləş üzrə Rusiya çempionatında kütləvi dava baş verib. Stadium.Az xəbər verir ki, qarşıdurma yakutiyalı Viktor Rassadinlə krımlı Şamil Ömərov arasındakı görüşdən əvvəl başlanıb.

İdmançıları zərər görmədən xalça üzərindən çıxarmaq mümkün olub. Qəzəbli dəstə osetiyalı Zaurbəy Sidakovla dağıstanlı Maqomedhəbib Kadimaqomedov arasındakı görüş zamanı hakim qərarlarından narazı olub.

Onlar idman tədbirinin diktorunun çağırışına da məhəl qoymayıblar. Nəticədə özlərindən çıxan azarkeşləri çempionatın keçirildiyi idman kompleksinin təhlükəsizlik xidməti əməkdaşları ayırmalı olub. Onlar dava iştirakçılarını dərhal kənarlaşdıraraq, arenada asayişi təmin ediblər. Bundan sonra görüş davam etdirilib və dağıstanlı güləşçi qalib olub.

İnquşetiyanın rəhbəri Yunusbəy Yevkurov çaxnaşma iştirakçılarını təxribatçı adlandıraraq, belə hallara qarşı sərt tədbirlər görəcəklərini bildiriblər. Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili isə bəzi azarkeşlərin xalçaya çıxması nəticəsində yaranan insidentin tam aradan qaldırıldığını və vəziyyətin təhlükəsizlik xidmətinin tam nəzarətində olduğunu vurğulayıb.

25-ci Rusiya çempionatında 45 regiondan 400 sərbəst güləşçi mübarizə aparır. İyunun 12-də başlanmış yarışa sabah yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail