" Hədəfimiz məlum, məqsədimiz aydındır”

02.12.2011 | 5103 dəfə oxunub

“Heç vaxt rəqibin gücü haqda düşünməmişəm. Mənim üçün rəqibin fərqi yoxdur”. Stadium.az xəbər verir ki,

bu sözləri “Qəbələ” klubunun hücumçusu Serje Cehua deyib. 

Azərbaycan kubokunun 1/8 final mərhələsində I divizionun iddialı klublarından hesab edilən “Neftçala” ilə qarşılaşan “Qəbələ” böyük hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. Əyalət təmsilçisinin 3:0 hesabı ilə qələbə qazandığı matçda Fil Dişi Sahilindən olan futbolçu dubl edib. 

İkinci dəqiqədə hesabı açan Cehua fasilədən sonra da bir qol vurub: “Hər bir oyuna eyni qaydada hazırlaşıram. Şadam ki, son matçda iki qol vurdum və komandamın qələbə qazanmasında pay sahibi oldum. Biz hücumçuların işi də qol vurmaqdır”.

Yeri gəlmişkən, Serje Premyer Liqanın “Bakı” ilə keçirilən son oyununda da rəqib qapısına yol tapmağı bacardı. Düzdür, həmin görüşdə əyalət təmsilçisi meydanı məğlub tərk etdi. Bununla belə, sentyabrda komandaya cəlb edilən Cehua yeni komandasında qol hesabını açmış oldu. Futbolçu artıq komandaya və çempionatımıza adaptasiya olduğunu, formasını geyindiyi klubun məqsədinə çatması üçün əlindən gələni edəcəyini deyib: “Bu, hələ başlanğıcdır. Klubumuzun iddialı olduğunu bilirəm. Məqsədimiz mükafatçılar sırasına düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. Vurduğum qollarla komandama faydalı olmaq istəyirəm. Hədəfimiz məlum, məqsədimiz aydındır”.

Qeyd edək ki, hücumçu “Qəbələ”yə gələnə qədər son üç mövsümü Türkiyə Superliqasında mübarizə aparan “Antalyaspor”un heyətində keçirib. O, may ayından bəri yaşıl meydanlara çıxmırdı. Toni Adamsın istəyi ilə transfer olunan futbolçu son iki oyunda 3 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail