"Görüşün baş hakimi mənə böhtan ataraq, protokolda onu təhqir etdiyimi qeyd edib"

02.12.2011 | 4447 dəfə oxunub

"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Simurq"la oyunu (1:0) barədə fikirlərini bildirib. Stadium.az xəbər verir ki, çalışdırıcı klubun rəsmi saytına açıqlamasında görüşün hakimliyinə narazılığını ifadə edib: "Simurq"la kubok matçında hakim 1-i qırmızı olmaqla futbolçularımıza 7 vərəqə göstərdi. Oyuna baxanlar hakimliyin səviyyəsini gördü. Matçın protokolunda qeyd olunub ki, guya mən hakimin ünvanına təhqiramiz ifadə işlətmişəm. Oyunun fasiləsində "Simurq" klubunun icraçı direktoru Vaqif Əliyev də yaxınlıqda idi. O da qarşılaşmadan sonra təsdiq etdi ki, mən hakimlərə heç bir nalayiq söz deməmişəm. Görüşün baş hakimi mənə böhtan ataraq, protokolda onu təhqir etdiyimi qeyd edib. "Neftçi" klubu və şəxsən mən bununla bağlı AFFA-nın müvafiq qurumlarına şikayət edəcəyik. Qırmızı vərəqə Denis Silvaya qarşı qəddarlıq edən rəqib futbolçuya göstərilməli idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail