"Qəbələ" 8 futbolçusunu yolladığını rəsmən açıqladı

30.05.2017 | 6718 dəfə oxunub

Yeni mövsümün transfer çalışmalarına start verən “Qəbələ” 8 futbolçu ilə yollarını ayırıb.  Stadium.Az xəbər verir ki, müqaviləsi başa çatan Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə yeni sözləşmə imzalanmayıb.

2014-cü ilin əvvəlində transfer olunan Rafael “Qəbələ”də keçirdiyi 4 mövsümdə 104 matça 2 qol vurub. Müdafiəçi Premyer Liqada 72 (2 qol), kubokda 12, Avropa Liqasında 20 matça çıxıb. Braziliyalı legioner “qırmızı-qara” formada Premyer Liqanın 1 gümüş və 3 bürünc mükafatını qazanıb.

2015-ci ilin əvvəlindən “Qəbələ”də çıxış edən Sadiqov 1 gümüş və 2 bürünc medala yiyələnib. 91 oyunda 2 qol vuran Rəşad çempionatda 61 (1 qol), kubokda 8 (1 qol), Avropa Liqasında 22 görüş keçirib.

2015-ci ilin yayında heyətə cəlb olunan Sergey Zenyovla Məhəmməd Mirzəbəyov son iki mövsümdə çempionatın gümüş və bürünc medalına sahib çıxıb. Bu iki ildə Sergey 80 qarşılaşmada 14 qol vurmağı bacarıb. Estoniyalı Premyer Liqada 47 (8 qol), kubokda 6, Avropa Liqasında 27 (6 qol) oyunda şans qazanıb. Qol hesabını açmayan Məhəmməd 62 görüşdə meydana çıxıb. Müdafiəçi 46 çempionat, 5 kubok və 11 avrokubok görüşünün iştirakçısı olub.

2016-cı ilin əvvəlində heyətə qoşulan Rəşad Eyyubov da son iki çempionatın medallarını qazanıb. 41 matçda 5 qol vuran yarımmüdafiəçi çempionatda 25 (3 qol), kubokda 8 (2 qol), avrokubokda 8 dəfə meydana çıxıb.

Başa çatan mövsümün gedişində komandaya qoşulan Daniel Subotiç 2013-2014-cü illərdə qazandığı bürünc medala gümüşü əlavə edib. 48 oyunda 19 qola sevinən hücumçu Premyer Liqada keçirdiyi 40 matçda 15, kubokda isə 8 görüşdə 4 dəfə fərqlənib.

Ötən ilin yayında “Qəbələ”yə qoşulan Teo Uikslə Nika Kvekveskiri isə komandada bir mövsüm keçiriblər. Onlar çempionatın gümüş mükafatçılarıdır. Nika 29 matçdan 14-nü çempionat, 4-nü kubok, 11-ni Avropa Liqasında keçirib və yeganə qolu qitə miqyaslı turnirə təsadüf edib. 33 qarşılaşmada 7 qol vuran liberiyalı da məhsuldarlığı avrokuboklarda göstərib – 12 oyunda 5 top. O, çempionatda 16 (2 qol), kubokda 5 görüşə çıxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail