Enrike "Barselona"dan rəsmən getdi

28.05.2017 | 3725 dəfə oxunub

İspaniya kubokunun dünən “Alaves”ə qarşı final matçından sonra (3:1) “Barselona”nın baş məşqçisi Luis Enrike tutduğu vəzifəni tərk edib.

Stadium.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında o deyib ki, belə addım atması həm özü, həm oyunçuları üçün yaxşı olacaq.

Luis Enrike deyib ki, Kataloniya klubunda baş məşqçisi kimi çalışdığı dönəmdə 13 mükafatdan 9-nu qazanıb: “Bu, əla statistikadır”.

Luis Enrikenin rəhbərliyi altında “Barselona” 2 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 1 dəfə Çempionlar Liqası, UEFA superkuboku, İspaniya superkuboku və klublararası dünya çempionatının qalibi olub.  

Əlavə edək ki, L.Enrike 2014-cü ildən çalışdırdığı "Barselona"nı bu mövsümün sonunda tərk edəcəyini hələ bu ilin martında açıqlamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail