İslam oyunları başa çatdı

22.05.2017 | 3898 dəfə oxunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Stadium.Az xəbər verir ki, yarışa bu gün tennisçilərin mübarizəsi ilə yekun vurulub.

Mayın 11-dən 22-nə qədər 56 ölkənin iştirakı ilə keçirilən yarışlarda idmançılar 886 medal qazanıb. Bunların  269-u qızıl, 267-si gümüş, 350-si bürüncdür. 14 ölkənin komandası Bakıdan medalsız gedir.

Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq İslamiadanın qalibi olub. İdmançılarımız 75-i qızıl, 67-si gümüş, 57-si bürünc olmaqla ümumilikdə 162 medal qazanıb. Aktivinə 195 medal yazdıran Türkiyə qızıl əyarına görə (71 qızıl) millimizdən geri qalıb. İran isə 99 medalla (39 qızıl) üçüncü olub.

Ölkəmiz qızıl medalın sayına görə İslamiadanın mütləq rekordçusu olub. İndiyədək 75 qızıl medal qazanan olmamışdı.

Bu gün axşam saat 20:00-da Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi bağlanış mərasimi olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail