İslamiada: Sərbəst güləşçilərimizdən 2 qızıl, 1 gümüş, 1 bürünc - YENİLƏNİB

20.05.2017 | 2953 dəfə oxunub

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edəcək. Stadium.Az xəbər verir ki, “sərbəstçilər”in ikinci günündə daha 4 çəki dərəcəsində idmançılar mükafatlarına qovuşacaqlar.

61 kq

Bu çəki dərəcəsində ölkəmizi Hacı Əliyev təmsil edir. Dünya çempionu və Olimpiya Ounlarının bürünc mükafatçısı turnirə 1/8 final mərhələsindən start verib. Hacının ilk rəqibi Türkmənistan təmsilçisi Saparmurat Muradov olub. Asan qələbə (10:0) qazanan idmançımız növbəti mərhələyə adlayıb. Əliyev 1/4 finalda da çətinlik çəkməyib. O, tacikistanlı Todjiddin Xodjayev üzərində vaxtından əvvəl qələbə (9:0) əldə edərək, yarımfinala yüksəlib. Bu mərhələdə idmançımız Məsud Esmailporjuybari (İran) ilə görüşəcək.

Hacı iranlı güləşçiyə də qalib gələrək finala vəsiqə qazanıb.

Dünya və Avropa çempionumuzun finaldakı rəqibi  isə qırğızıstanlı Alibek Osmonovdur.

Finalda da rəqibinə də heç bir şans verməyən pəhləvanımız 10:0 hesablı erkən qələbə ilə hamıdan güclü olduğunu sübut edib

70 kq

Azərbaycan adına 70 kq çəki dərəcəsində Murtazali Müslimov xalça üzərinə çıxıb. İdmançımız 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gəlib. Müslimov inamlı qələbə (6:0) sayəsində yarımfinalda güləşmək hüququ əldə edib. Murtazalinin final yolundakı son rəqibi Ruslan Sadibakasov (Qırğızıstan) olacaq.

Murtuzali də qalib gələrək finala vəsiqə qazanıb.

Müslimov İslamiadada finalda iranlı Mustafa Hüsseynkaniylə üz-üzə gələcək.

Müslimov İslamiadanın finalında iranlı Mustafa Hüsseynkaniylə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə məğlub olaraq "gümüş"lə kifayətlənib.

86 kq

Bu çəkidə son illərin dəyişməz təmsilçisi Şərif Şərifov yarışıb. İdmançımız İslamiada çərçivəsindəki ilk görüşünə 1/8 final mərhələsində çıxıb. İkiqat Olimpiya mükafatçımızın ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. 10:0 hesablı qələbə qazanan idmançımız növbəti görüşdə də çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Hassan Yazdaniçarati olacaq. İki Olimpiya çempionunun mübarizəsində iranlı daha güclü güləşib. Yazdaniçarati ikinci hissənin əvvəllərində hesabı 11:00-a çatdırıb və vaxtından əvvəl qələbə qazanaraq, finala yüksəlib.

Şərif bürünc medal uğrunda güləşəcək.

Şərif isə bürünc medal uğrunda Bahodur Kadırovla (Tacikistan) qarşılaşıb. Açıq-aşkar rəqibindən üstün olan Şərif turniri üçüncü sırada başa vurub

125 kq

Ən ağır çəkidə güləşən Cəmaləddin Maqomedov mübarizəyə 1/4 final mərhələsindən start verib. İlk olaraq Raca Alkradla (Suriya) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə (10:0) qazanaraq, yarımfinala adlayıb. Pəhləvanımız bu mərhələdə iranlı Caber Zadeqzadeyə (İran) gücünü göstərməyə çalışacaq.

Cəmaləddin Maqomedov iranlı rəqibinə 7:3 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.

Pəhləvanımız həlledici görüşdə Daulet Şabanbayla (Qazaxıstan) qarşılaşacaq.

Cəmaləddin qalib gələrək qızıl medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail