İslamiada: Azərbaycan 99-cu medalı qazandı - MEDAL SIRALAMASI

18.05.2017 | 3649 dəfə oxunub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının altıncı gününə yekun vurulub. Stadium.Az xəbər verir ki, Azərbaycan millisi günü 18 medalla başa vurub. 

İdmançılarımız 9 qızıl medala sevinib. 10 metrdən pnevmatik tapançadan atəş açmaqda qarışıq komanda (Ruslan Lunyov, Nigar Nəsirova), həmçinin Samir Nəbiyev (paraatletika, diskatma), Elmir Cəbrayilov (paraatletika, 100 m), Patimat Abakarova (taekvondo, 49 kq), Ayxan Tağızadə (taekvondo, 68 kq), Orxan Nuriyev (yunan-Roma güləşi, 98 kq), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) və Radik İsayev (taekvondo, +87 kq) hamıdan güclü olub.

Yığmamız günü 5 gümüş medalla tamamlayıb. Dairəvi stenddəki qarışıq komanda (Emin Cəfərov, Nurlana Cəfərova), həmçinin Rahib Məmmədov (atletika, sədləri dəf etməklə 110 m ), Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq), Aleksis Kapello (atletika, üçtəkanla tullanma) və Fəridə Əzizova (taekvondo, 67 kq) İslamiadanı ikinci pillədə başa vurub.

Yarışların 6-cı günü millimizə 4 bürünc gətirib. Üzgüçülük yığması (kompleks üsulla 4x100 m; Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rciyeva və Alsu Bayramova), Murad Məmmədov (yunan-Roma güləşi, 59 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) və Oloxan Musayev (paraatletika, diskatma) üçüncülüklə kifayətlənib.

Bununla, Azərbaycan yığmasının aktivindəki medal sayı 99-a çatıb. Sabah qazanılacaq ilk mükafat sayca 100-cü olacaq.

Radik İsayevin qazandığı qızıl medal ölkəmizin aktivinə 50-ci çempionluq qazandırıb. Millimiz İslamiadada 29 gümüş və 20 bürünc də qazanıb. Ümumi komanda hesabında yalnız Türkiyədən geri qalan ölkəmiz 2-ci pillədə qərarlaşıb. 3-cü sırada isə İran qərarlaşıb.

Ümumilikdə 166 dəst medal sahibini tapıb. İştirakçı ölkələrdən 20-si çempionluq, 33-ü mükafat sevinci yaşayıb.

Yer

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Türkiyə

54

45

38

137

2

Azərbaycan

50

29

20

99

3

İran

14

17

23

54

4

Özbəkistan

8

12

23

43

5

İndoneziya

6

23

20

49

6

Əlcəzair

6

11

13

30

7

Misir

6

3

6

15

8

Bəhreyn

4

1

3

8

9

İordaniya

3

1

4

8

10

Səudiyyə Ərəbistanı

3

0

6

9

11

Mərakeş

2

2

5

9

12

Qırğızıstan

2

2

4

8

13

İraq

2

2

3

7

14

Türkmənistan

1

3

3

7

15

Kamerun

1

2

2

5

16

Qətər

1

1

4

6

17

Banqladeş

1

1

0

2

18

Tunis

1

0

8

9

19

Seneqal

1

0

1

2

20

Qambiya

1

0

0

1

21-22

Oman

0

2

3

5


Pakistan

0

2

3

5

23

Suriya

0

1

4

5

24-25

Qazaxıstan

0

1

2

3


Birləşmiş Ərəb Əmirliyi

0

1

2

3

26-28

Qayana

0

1

0

1


Nigeriya

0

1

0

1


Uqanda

0

1

0

1

29

Fil Dişi Sahili

0

0

2

2

30-33

Benin

0

0

1

1


Cibuti

0

0

1

1


Livan

0

0

1

1


Surinam

0

0

1

1


Cəmi

167

165

206

538




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail