"Yuventus"dan Rafael Ağayevə dəvət

17.05.2017 | 3006 dəfə oxunub

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev İtaliyanın "Yuventus" klubundan dəvət alıb.

Stadium.Az xəbər verir ki, bu barədə 32 yaşlı idmançının özü açıqlama verib. O bildirib ki, Rusiyanın paytaxtı Moskvada yaşayan köməkçisi İtaliya təmsilçisi əlaqə saxlayaraq, onun barəsində danışıb: "İngilis dilini bilmədiyim üçün bəzi işləri köməkçimə həvalə etmişəm. O, "Yuventus"un direktoruna bu klubun azarkeşi olduğumu söyləyib. Klub da məni İtaliyaya dəvət edib. Yaxın zamanda ora yollanaraq, formamı "Yuventus"a hədiyyə edəcəyəm. Muzeyləti ilə tanış olub, turistlərlə şəkil çəkdirəcəyəm".

"19 yaşım olanda karateni atıb, futbola keçmək istəyirdim. Sonradan fikrimi dəyişdim" deyə R.Ağayev əlavə edib.

Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. ("Report")



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail