İslamiada: 3 boksçumuzdan qələbə

15.05.2017 | 2626 dəfə oxunub

IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir. Stadium.Az xəbər verir ki, daha 3 idmançımız rinqə çıxıb. Onların hamısı döyüşünü qələbə ilə başa vurublar. 

İlk olaraq mübarizəyə 69 kq-da yarışan Tamerlan Abdullayev başlayıb. Idmançımız 1/8 finalda türkmənistanlı Muhemmetmirat Sahedovla qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. 

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

***

Günün ikinci yarısında 1/4 finala start verilib. 60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev də yarışa bu mərhələdən start verib. O, 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğanla döyüşüb. Görüş dünya çempionumuzun asan qələbəsi ilə yekunlaşıb.

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldı.

Çələbiyev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək. 

***

91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da debüt görüşünə çıxıb. London Olimpiadasının bürünc medalçısı 1/4 finalda Özbəkistan boksçusu Sardorbek Beqaliyevlə üz-üzə gəlib. Görüş Avropa çempionumuzun qələbəsi ilə bitib - 5:0. 

Teymur yarımfinal döyüşünü mayın 17-də keçirəcək. Onun rəqibi isə Eldin Qoussun (Suriya) olacaq. 

Bu qələbə sayəsində Məmmədov da ən azı bürünc medalı özünə təmin edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail