Karyerasını bitirən Mahir Şükürov - MƏQAMLAR

08.05.2017 | 5521 dəfə oxunub

“Neftçi” klubunun daha bir futbolçusunun taleyinə aydınlıq gəlib. Stadium.Az xəbər verir ki, Mahir Şükürov gələn mövsümdən “ağ-qaralar”ın formasını geyinməyəcək.

Belə ki, millinin sabiq üzvü karyerasını bitirmək qərarına gəlib. Bunu əməkdaşımızla söhbətində “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev də təsdiqləyib.

O bildirib ki, Şükürov bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək: “Mahir karyerasını bitirdi. O, bundan sonra aşağı yaş qrupu komandalarımızdan birini çalışdıracaq. Təbii ki, məşqçilik kateqoriyası üçün oxumağa da göndəriləcək”.

Mahir Şükürov milli komandanın heyətində 76 oyun keçirib, 4 qola imza atıb.

35 yaşlı müdafiəçi 18 illik peşəkar karyerasına 1999/2000 mövsümündə start verib.

Həmin vaxt doğma Sumqayıtda “Kimyaçı”nın şərəfini qoruyan gənc müdafiəçi sonradan uzun müddət diqqətdən kənar qalıb. 2003/04 mövsümündə şəhərin digər klubu “Gənclərbirliyi”ndə peyda olan futbolçu milli komandaya da I liqa təmsilçisindən çağırılıb.

Sumqayıtda başlayan yol “Neftçi”, “Şəfa”, “İnter”, AZAL, “Karvan”, “Xəzər Lənkəran”, “Qəbələ”dən də keçib. Ölkəmizdə 9 klubun şərəfini qoruyan müdafiəçi 3 dəfə legioner həyatı yaşamağa cəhd edib.

2004-cü ildə “Antalyaspor”, 10 il sonra “Karşıyaka”ya keçən Şükürov Türkiyədə uzun müddət duruş gətirməyib. Rusiyada “Anji”də oynamış müdafiəçi şimal qonşularımızın çempionatında da 1 ildən çox qalmayıb. Ümumiyyətlə 18 ildə 12 klubda çıxış edən futbolçu heç yerdə iki ildən artıq qalmayıb.

Bu qədər müddətdə belə çox komanda dəyişməsinə baxmayaraq, Mahir Premyer Liqada o qədər də çox oyun keçirməyib. Müdafiəçi yüksək dəstədə cəmi 219 matça çıxıb. Onun ən çox matçda formasını geyindiyi komanda “Neftçi”di. Şükürov burada 89 görüşdə oynayıb. Çempionatda 6 qol vuran futbolçu bu toplardan 4-nə “ağ-qaralar”ın heyətində imza atıb.

O, klub karyerasında ən böyük uğuruna 2012/13 mövsümündə imza atıb. “Neftçi” ilə Avropa Liqasının qrupuna yüksələn futbolçu həmin mövsümü “Qızıl dubl”la başa vurub. Bu uğurlar onun yeganə çempionluğu və yeganə kubokudu.

Əslində, Mahir ikinci dəfə karyerasını başa vurub. Onun ilk vidası 2015-ci ilin yayında olub. “Karşıyaka”dan sonra futboldan uzaqlaşan müdafiəçi 2016-cı ilin payızında yenidən “Neftçi”də peyda olub.

Şükürov Azərbaycan yığmasında ən çox oyun keçirənlərdən biridi. I liqadan milliyə çağırılan azsaylı futbolçulardan biri kimi tarixə düşən müdafiəçi burada 76 matça çıxıb. O, yalnız Rəşad Sadıqov və Aslan Kərimovdan geri qalır. İlk “üçlük”də yer alan arxa xətt oyunçusu 4 qol da vurub. Bu toplardan ikisi penaltidən vurulub.

Yığmada son matçını 2014-cü ildə keçirən Mahir qollarından ikisini seçmə, ikisini yoxlama görüşündə rəqib qapısından keçirib. AVRO-2012-nin seçmə mərhələsində Qazaxıstanı məyus edən futbolçu DÇ-2014 yolunda son matçda Şimali İrlandiyanın qapısına yol tapıb. Sinqapurla Hindistan isə yoxlama matçlarında onun qoluna şahidlik edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail