"Qızıl medaldan başqa heç nə haqda düşünmürük

07.05.2017 | 3856 dəfə oxunub


“Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü məşqlər keçirik”. Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

91 çəki dərəcəsində rinqə çıxacaq idmançımız Azərbaycan Boks Federasiyasının (ABF) rəsmi internet saytına açıqlamasında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını dəyərləndirib:

“Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.

 Avropa Oyunlarının və qitə çempionatının qalibi Bakı-2017-dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın hər bir üzvü çempionluğa iddialıdır:

“Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hər birimiz İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Düzü, mən və digər boksçular qızıl medaldan başqa heç nə haqda düşünmürük. Hər birimizin məqsədi çempion olmaqdır. İslamiadada ikinci və ya üçüncü yerlər barədə fikirləşmirik. Məncə, yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik”.

Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısının sözlərinə görə, Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağı hədəfləyiblər.

Bakıya gələcək yığmaların heyəti açıqlanmadığından T. Məmmədov da rəqibləri haqda fikri bildirməyin tez olduğunu qeyd edib: “Rəqiblər barədə hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdur. Amma həmin ölkələrin bir və ya iki nömrə ilə yarışa qatılacağı barədə məlumatım yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail