Azərbaycanlıya uduzan boksçu, Kliçkonu məğlub etdi

30.04.2017 | 3988 dəfə oxunub

Superağır çəkidə WBA, IBF və WBO versiyaları üzrə dünya çempionu Vladimir Kliçko növbəti döyüşünü keçirib.

Stadium.az xəbər verir ki, o, WBA (Ümumdünya Boks Assosiasiyası) və IBF (Beynəlxalq Boks Federasiyası) versiyaları üzrə dünya çempionu titulu uğrunda döyüşdə Böyük britaniyalı boksçu Entoni Coşua ilə qarşılaşıb.

Londondakı "Uembli" stadionunda təşkil olunan döyüş gərgin mübarizə şəraitində keçib. Belə ki, Coşua 4-cü raundda Kliçkonu noqdauna göndərsə də, növbəti raundda özü bu vəziyyətə düşüb. Daha sonra britaniyalı boksçu üstünlüyü ələ alıb və 11-ci raunnda Kliçkonu 2 dəfə nokdauna salıb. Bundan sonra hakim döyüşü saxlayaraq Coşuanın qələbəsini elan edib. 

Bu, 41 yaşlı Kliçkonun peşəkar rinqdə 5-ci məğlubiyyəti olub. Onun aktivində 53-ü nokautla olmaqla 64 qələbə var.

27 yaşlı Coşua isə peşəkar rinqdə 19 görüşünün hamısını vaxtından əvvəl qələbə ilə başa vurub. O, 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatının finalında 91 kq-dan yuxarı çəki dərəcəsində Azərbaycan təmsilçisi Məhəmmədrəsul Məcidova uduzub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail