Ramos: "Məğlubiyyət ağrı gətirir"

24.04.2017 | 3236 dəfə oxunub

"Real" İspaniya La Liqasının 33-cü turunda "Barselona"ya 2:3 hesabıyla uduzub. "Santiago Bernabeu"da keçirilən matçın 77-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Serxio Ramos birbaşa qırmızı vərəqə ilə vaxtından əvvəl paltardəyişmə otağına yollanmalı olub.

Stadium.az xəbər verir ki, oyundan sonra təcrübəli müdafiəçi bunları deyib:

"Üzücü nəticədir. "Real" hesabın fərqli olması üçün əlindən gələni etdi. Məğlubiyyət ağrı gətirir. Qalib gəlsəydik, düzgün istiqamətdə böyük addım atardıq. Bizi dəstəkləyən azarkeşləri sevindirmək istəyirdik. Çempionluq taleyi öz əlmizdədir. Hər hansı yenilgiyə görə dərd çəkməyə vaxtımız yoxdur. Oynamaq və növbəti oyunlara köklənmək lazımdır.

Mənə göstərilən qırmızı vərəqə matçın dönüş anı idi. Buna görə rəqib son dəqiqələrdə qol vurdu. Hər insanın şəxsi fikri var. Mənə görə, çox sərt qərar oldu. Topa çatmasam da, rəqibə zədə endirmək niyyətim yox idi. Amma hakimin işini müzakirə etmək istəmirəm. İstənilən adam səhv edə bilər. "Real" "Barselona" deyil ki, hər addımda hakim səhvlərindən danışsın. Mənə göstərilən qırmızı vərəqə düzgün deyildi, lakin hakimin qərarına hörmətlə yanaşıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail