"Valensiya" Prosineçkini istəyir?

18.04.2017 | 3380 dəfə oxunub

Millimizin baş məşqçisi Robert Prosineçki İspaniyanın "Valensiya" klubundan təklif alıb. Stadium.Az xəbər verir ki, "Kicker" "yarasalar"ın növbəti mövsümə xorvatiyalı mütəxəssislə başlamaq niyyətində olduqlarını yazıb.

48 yaşlı mütəxəssisin nümayəndəsi Yaşar Çalışır ötən gün klub rəsmiləri ilə görüşüb. Ona klubun uzunmüddətli əməkdaşlıq üçün baş məşqçi axtardığı bildirilib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə "Report"a açıqlamasında R.Prosineçkinin assosiasiya ilə müqaviləsinin olduğunu xatırladıb: “Mətbuatda yazılan hər xəbərə münasibətimizi açıqlaya bilmərik. Yalnız onu deyə bilərəm ki, Prosineçkinin AFFA ilə 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləsi var”.

Prosineçki Azərbaycan millisinə 2014-cü ilin dekabrından rəhbərlik edir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail