Azərbaycan Cüdo Federasiyasında tədbir

14.04.2017 | 3455 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyası son vaxtlar bir çox məsələlərlə bağlı gördüyü işləri sürətləndirməkdədir.

Stadium.Az xəbər verir ki, Respublikamızın müxtəlif bölgələrində müasir cüdo məşq zallarının açılıb istifadəyə verilməsi, perspektivli cüdoçuların aşkar olunması və onlara lazımi şəraitin yaradılması prosesi mütəmadi olaraq davam etdirilir.

Bununla yanaşı, federasiyanın qarşısında duran prioritet məsələlərdən biri də ölkədə cüdo klubları və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə alınması və onlara lisenziyaların verilməsi idi. Bu gün Azərbaycan Cüdo Federasiyasında bu mövzuya həsr olunmuş tədbir keçirildi. Quruma 70-dən çox müraciət olunsa da, onlardan standartlara cavab verdiyinə görə 56-na lisenziya təqdim olundu. Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi qeyd olundu. Lisenziya klub və təşkilatlara 5 il müddətinə verilir. Bu da onlara həmin vaxt ərzində Azərbaycan Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək hüququ verir.

Tədbirdə çıxış edən nümayəndələr lisenziyalaşdırma proqramının həyata keçirilmə qaydalarından razı qaldıqlarını və bu vacib işə görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. O da vurğulandı ki, müstəqillik illərində klub və təşkilatların rəsmi olaraq qeydiyyata alınması və onlara müvafiq lisenziyaların təqdim olunması bir ilkdir. Təbii ki, belə düşünülmüş, məqsədyönlü addımların atılması Azərbaycan cüdosunun daha da sürətlə inkişaf etməsinə təkan verəcəkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail