Cüdoçularımızın Antalya Qran-prisində ikinci günü - YENİLƏNİB

08.04.2017 | 2775 dəfə oxunub

Bu gün cüdo üzrə Antalya Qran-prisinə start verilib. Stadium.Az xəbər verir ki, yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparıb.

Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 həmyerlimiz tatami üzərinə çıxıb.

Kişilər

73 kq

Bu çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli mübarizəyə 1/16 final mərhələsindən start verib. Onun ilk rəqibi Cənubi Koreyanın təmsilçisi Hyunsu Park olub. İdmançımız qələbə qazanaraq, 1/8 final mərhələsinə adlayıb. Lakin Rəhimli növbəti rəqibi ilə bacarmayıb. Sloveniyalı Rok Draksiçə uduzan həmyerlimiz yarışda mübarizəni dayandırıb. 

Bu çəkidəki digər idmançımız Hidayət Heydərov isə yarışa 1/8 final mərhələsindən başlayıb. Böyük perspektiv vəd edən Heydərov rusiyalı Laşa Lomidze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn həmyerlimiz 1/4 finala adlayıb. Bu mərhələdə Türkiyə təmsilçisi Hasan Vanlıoğlu ilə qarşılaşıb Hidayət məğlubiyyətlə üzləşib. İdmançımız təsəlliverici görüşdə əvvəlcə monqolustanlı Xadbatar Naranxu ilə qüvvəsini sınayıb. Bu döyüşdə qalib gələn Heydərov növbəti rəqibi, Kosovo təmsilçisi Akil Qjakovu məğlub edərək yarışın bürünc medalını qazanıb. 

Qadınlar

63 kq

Gülsədəf Kərimova mübarizəyə 1/8 finaldan başlayıb. Rusiyalı Olqa Kruikova ilə qarşılaşan idmançımız məğlubiyyətlə üzləşərək, startdaca yarışla vidalaşıb. 

Yarışa 13 cüdoçu ilə qatılan komandamız Qran-prinin son günündə daha 3 idmançı ilə təmsil olunacaq.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail