İsko:"Barselona"nı çipsi kimi yeyəcəyik"

07.04.2017 | 3210 dəfə oxunub

“Real”ın yarımmüdafiəçisi İskonun paylaşdığı foto azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Stadium.Az xəbər verir ki, 24 yaşlı futbolçu instaqram səhifəsində “Barselona” çipsinin yer aldığı fotonu paylaşıb, azarkeşlərin tənqidindən sonra şəkili silən oyunçu şəkli bu dəfə montaj olunmuş formada paylaşıb. Bu isə onun “Barselona”ya keçmək variantını yenidən gündəmə gətirib.

Futbolçu isə açıqlamada məsələyə belə aydınlıq gətirib: “Barselona”ya keçmək fikrim yoxdur. Həmin şəkildə “Barselona”nı çips kimi yeyəcəyimizi izah etmək istəmişdim. Bu, mənim fikrim deyildi. Dostlarım mənə problem yaratmaq qərarına gəlmişdilər”.

“Real”la müqavilə müddəti gələn ilin yayına qədər olan İsko bir müddət əvvəl “Barselona”nın maraq dairəsində olduğu barədə məlumatlar yayılmışdı. Katalonlar 2018-ci ildə İskonun azad agent kimi heyətə cəlb olunmasında maraqlıdır. Müqavilə şərtləri ona  "Barselona" ilə birbaşa danışıqlar aparmağa imkan vermədiyindən İsko hazırda gözləmə mövqeyi tutub. "Barselona" rəhbərliyi "Mundo Deportivo" nəşrinin İskonun transferi barədə çox informasiya verməsindən narahat olmuşdu. Katalonlar yarımmüdafiəçinin keçidini mümkün qədər sakit, gizli həll etmək istəyirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail