UEFA-dan ÇL və Avropa Liqasıyla bağlı yeni qərar

04.04.2017 | 3575 dəfə oxunub

2018 - 2021-ci illərdə Avropa Liqasının final matçı Çempionlar Liqasının həlledici görüşü ilə eyni həftədə keçiriləcək. Stadium.Az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.

Belə qərar hər iki qarşılaşmanın ölkədaxili yarışlar başa çatdıqdan sonra oynanılması məqsədilə qəbul olunub. 2018-2019 mövsümündən etibarən Avropa Liqasının finalı çərşənbə günü, 2019-cu il mayın 29-da baş tutacaq. İki turnirin həlledici qarşılaşması isə indiki kimi, müxtəlif şəhərlərdə olacaq. Həm Çempionlar Liqası, həm də Avropa Liqasının final matçına Bakı Olimpiya Stadionunun namizədliyi irəli sürülüb. Qaliblərin adları bu ilin sentyabrında açıqlanacaq.

Bu mövsüm Çempionlar Liqasının finalı iyunun 3-də Uelsin paytaxtı Kardiffdə, Avropa Liqasının həlledici görüşü mayın 24-də İsveçin Solna şəhərində keçiriləcək. Gələn mövsüm isə oyunlar müvafiq olaraq, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə və mayın 10-da Fransanın Lion şəhərində olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail