Cüdo millimizdə ciddi itki

03.04.2017 | 3840 dəfə oxunub

Cüdo üzrə Azərbaycan milli komandası ciddi problemlə üzləşib.  Stadium.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan Orxan Səfərov zədələnib.

İyirmi altı yaşlı idmançının diz nahiyəsindəki köhnə ağrıları bu yaxınlarda Qazaxıstandakı təlim-məşq toplanışı zamanı yenidən baş qaldırıb. Nəticədə o, Macarıstanın Tata şəhərindəki toplanışdan kənarda qalıb. Hazırda Səfərov Bakıda tibbi-bərpa prosesi keçir. Həkimlər cüdoçunun Avropa çempionatı və IV İslam Həmrəyliyi Oyunlarında iştirakına çalışırlar. Yekun qərar isə gələn həftə veriləcək.

Orxan Səfərov karyerası ərzində müxtəlif Qran Prilərin qalibi olmaqla yanaşı, 2013-cü il dünya çempionatında bürünc, son 2 Avropa çempionatında, eləcə də "Bakı-2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. O, Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında 60 kq çəki dərəcəsində liderdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail