"Tbilisi Qran-Pri"sinin cüdoçularımız üçün uğursuz başladı

01.04.2017 | 3243 dəfə oxunub

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən cüdo üzrə Qran-pri yarışının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olmayıb. Stadium.Az xəbər verir ki, turnirə 16 tatami ustası ilə yollanan komandamızın 7 üzvü mübarizəyə başlasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.

60 kq çəki dərəcəsində gənc cüdoçu Sahib Əsgərov böyük britaniyalı Neil Makdonalda qalib gəlsə də, növbəti döyüşdə məğlub olaraq mübarizəni dayandırıb. 60 kq-dakı digər təmsilçimiz Mehman Sadıqov isə qızıl xalla mərhələ adlayıb, amma yarımfinala gedən yolda yerli idmançıya, bürünc medal uğrunda təsəlliverici görüşdə isə Braziliya cüdoçusuna uduzaraq yekunda 7-ci yeri tutub.

66 kq çəkidə Tərlan Kərimov elə ilk cəhdində yarışla vidalaşıb. Orxan Hacıağalı isə 1/4 finala kimi irəliləyib, lakin Monqolustan cüdoçusuna məğlub olub. Təsəlliverici döyüşdə Slovakiya idmançısı ilə bacarmayan Hacıağalı da turniri 7-ci pillədə bitirib.

Startda qadın cüdoçularımızdan 3-ü tatamiyə çıxıb və hər üçü də ilk döyüşdə uduzaraq mübarizəni dayandırıb. 48 kq çəkidə Leyla Əliyeva Portuqaliya, 52 kq-da Nəzakət Əzizova Böyük Britaniya, 57 kq çəki dərəcəsində isə Səkinə Zayirova Bolqarıstan idmançısına məğlub olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail