AFFA yenə "Neftçi"yə yox dedi

25.11.2011 | 5203 dəfə oxunub

AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, yığıncaqda 3 məsələyə baxılıb. Onlardan ikisi Premyer Liqa klubları ilə bağlı olub.

Rəqibə qarşı aşkar kobudluq eib “Xəzər Lənkəran”ın futbolçusu Şəhriyar Xəlilovu sillələyən Rəşad Abdullayevin cəzasının yüngülləşdirilməsi üçün artıq 2-ci dəfə komitəyə müraciət edən “Neftçi” bu dəfə də eyni – “yox” cavabını alıb. Futbolçuya yaraşmayan hərəkət edən yarımmüdafiəçinin bağışlanmaz hərəkətinin bağışlanmasını istəyən bakılılar komitədən əl əl çəkməsə də AFFA-da qərarından dönməyib.

Apelyasiya və Ekspert Komitəsi AZAL-ın məşqçisi İlqar Hüseynovun cəriməsinin azaldılması ilə bağlı müraciətini də geri çevirib. “Təyyarəçilər” 5 oyunluq cəzalanan çalışdırıcı üçün ödəməli olduqları 5 min manatın azaldılmasını istəmişdi. Lakin AFFA noyabrın 11-dəki digər qərar kimi bunu da dəyişməz saxlayıb.

Futzal çempionatında keçirilən “Neftçi” İSM və “Qala” klublarının müraciəti isə müsbət cavablandırılıb. 6 oyunluq cəzalanana Rüfət Balakişiyev və Emin Keürdov cəmi 2 oyun buraxmalı olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail