Löv: "Azərbaycan Renatın oyunundan həzz alacaq"

27.03.2017 | 4253 dəfə oxunub

Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in seçmə mərhələsində millimizlə oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim. Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim.

- Andre Şürrlenin çıxışı sizi məmnun etdimi?

- Şürrle “Borussiya”da daim oynamasa da, onu dəvət etdim. Dünənki məşqdən razı qalmışdım. Açığı, ondan bu cür oyun gözləmirdim. 2 qol vurdu və necə keyfiyyətli futbolçu olduğunu ortaya qoydu. O, bizim üçün çox vacib futbolçudu.

- Yeni ildəki ilk iki oyuna görə komandanın durumunu necə dəyərləndirərdiz?

- İki oyunu müqayisə etmək olmaz. Çünki İngiltərə ilə yoldaşlıq görüşü keçirdik. Ötən illlə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik. Qarşıda daha bir seçmə mərhələ matçı və ondan sonra Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı duruma gəlməyə çalışacağıq. Onu da deyim ki, 5 və 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüm. Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Biz buna hazır idik. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib. Bunu da oyunu ilə ortaya qoydu. Fürsətdən istifadə edib, lider oyunçularımıza təşəkkür etmək istəyirəm. Belə kiçik futbol ölkələri ilə matça çox yaxşı köklənmişdilər. Belə matçlarda konsentrasiyanın yüksək səviyyədə olması önəmlidi. “Bavariya”, “Borussiya” Çempionlar Liqasında iştirak edirlər. Buna baxmayaraq, futbolçular milliyə həvəslə gəlirlər.

- Komandanız 7 oyundan sonra qol buraxdı. Bundan əvvəlki matçlarda da sizin qapınıza qol vurmuşuq. Bunu nəzərə alıb, Azərbaycan yığmasına hansı qiyməti verərdiz?

- İstərdim ki, yenə qol buraxmayaq. Amma Azərbaycan yığması qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədi və bu komanda ilə fəxr edə bilərsiz. Maşallah (azərbaycanca deyir).

- Almaniyada çıxış edən Renat Dadaşov bu gün meydanda olmasa da, Azərbayan yığmasına üstünlük verib. Siz onun varlığından xəbərdarsınızmı? Eyni zamanda Dadaşovun 1 milyon dollar qarşılığında millimizi seçdiyi yazılıb. Buna münasibətiniz də maraqlıdı...

- Bəli, onu tanıyıram. Bilirəm ki, istedadlı futbolçudu. Hələ gəncdi, gələcəyi var. Azərbaycan onun oyunundan həzz alacaq. O ki qaldı pul məsələsinə, oxumuşam, amma bu barədə nəsə deyə bilmərəm. (Dadaşovun pul qarşılığında millimizi seçdiyini yazan “Bild” nəşrinin əməkdaşı müdaxilə edərək, bu xəbərdən məlumatsız olduğunu deyib).

- Şürrle və Kimmixin klubunda az oynaması sizi narahat etmir?

- Şürrle və Kimmixin klubunda müntəzəm oynamasını istərdim. Yəqin ki, Filipp Lam karyerasını bitirdikdən sonra Kimmix “Bavariya”da daha çox meydanda olacaq. O, mənim gələcək planlarıma daxildi.

- Hazırkı futbolçuları Konfederasiyalar Kubokunda görə biləcəyik?

- May ayına qədər vaxtımız var. Qarşıda U-21-in yarışı var. Ondan da çox şey asılıdı. Bizim əsas məqsədimiz gələn il Rusiyada keçiriləcək dünya çemponatıdı. Hədəfimiz dünya çempionluğudu. Ola bilsin ki, bəzi yeni futbolçular bizimlə Konfederasiyalar Kubokuna yollansın.

- Leno bu gün ilk dəfə Almaniya millisinin qapısını qoruyurdu. Onu meydana buraxmağınızın səbəbi nə idi?

- Ter-Ştegen və Leno yüksək səviyyəli qapıçılardı. Ter-Ştegen İngiltərə ilə matçda iştirak etdi. Bu gün də Lenoya şans verdim. Noyer bizim əsas qapıçımızdı. Amma hər ikisini oynatdım ki, Noyer rəqabət olduğunu hiss etsin.

- Dortmunddakı son matçda stadion dolmamışdı. Oliver Birhoff da turnirlərin sayı çox olduğundan, azarkeşlərin artıq futboldan bezdiyini deyib. Siz bu fikirlə razısınızmı?

- O müsahibəni oxumamışam. Amma futbolçular çox təzyiq altında oynayırlar. Həm millidə, həm də klublarında müntəzəm çıxış edirlər. Böyük komandaların futbolçularına istirahət lazım olur. Bu baxımdan turnirlərin sayı bir qədər azalsa, yaxşı olar. Mən təkcə 90 dəqiqəni nəzərdə tutmuram. Bunun səfərləri, yuxusuzluğu var. Bütün bunlar bu gün futbolçular üçün çox yükdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail