Çunayev: "Rusiya kimi böyük dövlətlər hakimlərin köməyi ilə bizə qalib gələ bilir"

24.03.2017 | 3598 dəfə oxunub

"İslamiadanı səbrsizliklə gözləyirik. Yarışların başlanmasına 50 gün qalıb, artıq biletlər də satışdadır. Bir səfir olaraq üzərimizə düşəni etməyə çalışırıq".  

Stadium.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında IV İslam Həmrəylik Oyunlarının idmançı səfiri  - güləşçi Rəsul Çunayev bu gün yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında təşkil olunmuş tədbir deyib.

"Bakı 2015" I Avropa Oyunlarında qızıl və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc  medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü IV İslam Həmrəylik Oyunlarında da uğur qazanacağına inandığını ifadə edib. R.Çunayev idmansevərləri onlara dəstək olmağa çağırıb: "Xalqımızın yarışlarda bizi tək qoymayacağına əminəm. Avropa Oyunlarında bizə möhtəşəm dəstək vermişdilər. Hər kəsi İslamiadada fəal olmağa çağırıram. Ölkəmizdə idmana maraq hər zaman yüksək səviyyədə olub. Bu yarışın da başlamasını hər bir vətəndaşımız səbrsizliklə gözləyir. Dövlətimiz əsas medalları güləşçilərdən gözləyir. Avropa Oyunlarında olduğu kimi, İslam Həmrəylik Oyunlarında da çoxlu qələbələr əldə edəcəyik".

Çunayev  ötən həftə İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda 2-ci yeri tutan Azərbaycan milli komandasının çıxışına da toxunub. 71 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, yarışın qalibi olmağa hakimlərin ədalətsiz qərarları səbəb olub:
"İkinci yerə layiq görüldük. Finalda Rusiya yığmasına məğlub olduq. Təəssüflər olsun ki, hakimlər həlledici görüşlərdə 2 güləşçimizi uduzdurdular. Əks halda biz rəqibi 5:3 hesabı ilə üstələmiş olacaqdıq. Buna baxmayaraq, Dünya Kubokunda Azərbaycan güləşinin dünyada liderlər sırasında olduğunu göstərdik. Rusiya kimi böyük dövlətlər hakimlərin köməyi ilə bizə qalib gələ bilir". 
IV İslam Həmrəyliyi Oyunlarının mayın 12-dən 22-dək Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail