Prosineçki: "Əgər uduzmasaq..."

23.03.2017 | 4096 dəfə oxunub


Millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına açıqlama verib. Stadium.Az xəbər verir ki, "Kicker" nəşrinə danışan xorvatiyalı çalışdırıcı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Almaniya ilə keçirəcəyi oyun haqda fikirlərini bildirib:

“Almaniya hər zaman favoritdi. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu, heç də asan deyil. Bu qarşılaşma ölkə üçün əsl tamaşa olacaq. Əgər uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq. Azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımıza inanır, lakin biz o qədər də hazır deyilik”.

Azərbaycan – Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail