Şahin Diniyev: "Bu meydança ən çox bizə mane olur"

18.03.2017 | 3756 dəfə oxunub

“Bu qələbəni azarkeşlərimizə bayram hədiyyəsi etdik. Gərgin oyun oldu. Ümumiyyətlə, son matçlarımız gərgin keçir.  Bu gün bizə oyundan çox nəticə lazım idi. Sevinirəm ki, komandam son 5 oyundur məğlub olmur. Bir neçə qol vəziyyətimiz var idi, fərqlənə bilərdik. Layiqli qələbə qazandıq”.
 
Stadium.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 23-cü turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O bildirib ki, Gəncə stadionundan razı qalmayan qonaq komandalar haqlı deyillər: “Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm. Bu meydança ən çox bizə mane olur. Çünki hücum quran futbolçularımız texnikalıdırlar, amma bu stadionda istədiklərini göstərə bilmirlər. Demək istəyirəm ki, meydançadan şikayət etməyə ehtiyac yoxdur. Çünki biz burda məşq etmirik ki, nəyinsə üzərində çalışaq. Hər iki komanda üçün meydança eyni olur. Artıq dillər əzbəri olub, hamı meydançamızdan şikayətlənir. Mənə elə gəlir ki, bu, səbəb deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail