Prosineçki: "Almaniya ilə oyun qrupda ən asan oyun olacaq" - MÜSAHİBƏ

15.03.2017 | 3535 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki AFFA-nın Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyun bizimüçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ matçına az vaxt qalıb. Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu. Yeni futbolçuları da sınamaq imkanım oldu. Ancaq Premyer Liqada çıxış edən oyunçulara şans verdim. Bizim üçün xeyirli oyun oldu.

- Oyun praktikası olmayan bəzi futbolçulara dəvət göndərsəniz də, klubunda müntəzəm çıxış edənlərin bəziləri kənarda qaldı...

- Çünki baş məşqçi mənəm və qərarı mən qəbul edirəm. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Amma mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm.

- Kamran Ağayev uzun müddətdi oynamır. Bu, Almaniya ilə görüşdə problem yarada bilər. Kimin oynamaq şansı daha çoxdu?

- Sizinlə tamamilə razıyam. Bizdə qapıçı problemi var. Kamran “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Buna baxmayaraq, Kamran bizim bir nömrəli qapıçımızdı.

- Riçard Almeydanın millinin dürşərgəsində bir gün olması nəyə hesablanmışdı?

- Almeyda gələcəkdə milli komandada çıxış edəcək. Sadəcə, Almaniya ilə görüşdə kimlər iştirak edə bilərdilərsə, onları apardıq. Qərara gəldik ki, Almeyda milliyə qoşulsun, atmosferi hiss etsin. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün onu Qətərə aparmadıq.

- Millimizi dünyanın ən güclülərindən olan Almaniyaya qarşı kökləmək çətin olmayacaq?

- Bizim üçün Almaniya ilə oyun qrupda ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarındandı. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudu. Buna görə də, üzərimizdə təzyiq yoxdu. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq.

- “Kicker” jurnalının əməkdaşı bildirib ki, Almaniya yığması Azərbaycana minimum 5 qol vuracaq...

- Mən həmin jurnalistlə görüşmüşdüm. Amma aramızda belə söhbət olmamışdı. Ona dedim ki, bizimlə oyun milliniz üçün çətin olacaq.

- Qətər tərəfi Azərbaycanla keçirilmiş oyunun videogörüntüsünü yaymır, buna hərbi sirr kimi yanaşır. Müasir futbolda bu, nə dərəcədə doğrudu?

- Bəli, mən də bunu başa düşmürəm. Amma bu barədə Qətər Futbol Assosiasiyasından soruşmaq lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail