"Buraxdığımız səhvi heç təsəvvürümə gətirə bilməzdim"

14.03.2017 | 3650 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Gözlədiyimiz kimi ağır oyun oldu. Belə oyunlarda qol vəziyyətlərindən maksimum istifadə etməlisən. İlk hissədə imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Buraxdığımız səhvi heç təsəvvürümə gətirə bilməzdim.

- Araz Abdullayevin oyununu necə dəyərləndirirsiz?
- Yerli oyunçulardan ikisi yox idi. Onlardan biri xəstələndi, digəri isə durduğu yerdə zədələndi. Say baxımından yerli oyunçularla bağlı problemlərimiz var. Bir neçə futbolçumuzun zədələndiyi halda qələbə əldə etmək çox çətindi. Ancaq bunu bəhanə etmirəm. İstənilən halda, biz qələbəyə oynamalıyıq.

- Rafael Santos əvəzlənən zaman etiraz etdi. Hətta qolundakı sarğını çıxarıb yerə atdı...
- (gülür) Rafa aqressiv idi? Onun birbaşa paltardəyişmə otağına getməsi normaldı. Onun aqressiv hərəkət etdiyini düşünmürəm. Rafa çox mehriban insandı. Oyundan sonra o da daxil olmaqla futbolçuların əlini sıxdım.  

- Sizcə, məğlubiyyətdə millinin toplanışının rolu oldu?
- Cavid Hüseynovu çıxmaq şərtilə, milliyə dəvət almış oyunçular səviyyələrindən aşağı çıxış etdilər. Sözlərimi düzgün anlamağınızı xahiş edirəm. Mən millinin toplanışlarından gileylənmirəm. Fəxr edirəm ki, futbolçularım milliyə çağırılır. Ancaq top səviyyəli futbolçular həm millidə, həm də klubda eyni səviyyədə oynamalıdı. Bəlkə də, bu cür oynamalarına təcrübəsizlik mane olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail