Rail Məlikov: "Bunu Avroliqaya vəsiqə qazandıqdan sonra fikirləşərik" - MÜSAHİBƏ

13.03.2017 | 3918 dəfə oxunub

"Sumqayıt"ın futbolçusu Rail Məlikov Premyer Liqanın 22-ci turunda Bakı "İnter"i ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ardıcıl 3 oyundur ki, məğlub olursunuz...

- Çox ciddi problemlərimiz var. Problemləri özümüzə aid edirəm. Yəqin ki çox rahatlaşmışıq. Elə bu məğlubiyyətlərə də səbəb budur. İstəyirik ki,  uğursuzluğa “Kəpəz”lə oyunda son qoyaq. Tam ciddi hazırlaşmalıyıq və dönüş etməliyik.
 
- Səncə, bu uğursuz nəticələrin səbəbi nədir?

- Səbəbi öz səhvlərimizdir. Son nöqtəni qoya bilmirik. Qol buraxandan sonra da hesabı bərabərləşdirə bilmədik. Bir qol lazım idi ki, dönüş edək. 
 
- Buraxılan qolda müdafiənin səhvi nə qədərdir?

- Əgər məğlub oluruqsa, qol buraxırıqsa, bütün günahı müdafiə xəttinin üzərinə atmaq düzgün deyil. Bütün komanda uduzub.

- Demək olar ki, 90 dəqiqə ərzində kombinasiyalı hücumlar təşkil edə bilmədiz. Kənardan da hiss olunur ki, Samir Abasov qışqıranda futbolçular özlərini itirirlər. Bu oyunda Xəyal Nəcəfov da özünü itirdi...

- Düzgün məşq prosesləri keçirik. Məşqçilər heyəti oyunları düzgün analiz edir. Xəyal bunu təcrübəsizlikdən edib. Samir Abasov özü də bilir ki, hansı oyunçuya təzyiq edilməlidir. Məşqçilərlə problemimiz yoxdur.
 
- Klub prezidenti Kamran Quliyev dedi ki, ardıcıl məğlubiyyətlərə görə cəza olacaq. Bu, maddi baxımdan cəza olsa, razılaşarsız?

- Kiminsə zəif oyununa görə bütün komandaya cəza verilməməlidir. Uduzanda komanda şəklində uduzuruq. Kamran müəllimin özündən soruşarsız ki, kimi cəzalandıracaq.
 
- Əsas ümidinizi “Kəpəz”lə oyuna bağladığınızı dedin. Onlar da ümidini sizinlə oyuna saxlayıb. Çünki Gəncə təmsilçisi bu gün qalib gəlib və yüksək motivasiya ilə matça çıxacaqlar.

- Çox gözəl. Baxımlı oyuna şahidlik edəcəyik. Kim güclü olsa, o qalib gəlsin.
 
- Avropa Liqası söz-söhbəti düşəndən sonra “Sumqayıt” məğlub olmağa başladı. Bu, oyunçuların fikirlərini yayındırmırdı?

- Bir az məsuliyyətlə yanaşmaq lazımdır. Yaşlı nəsil kimi görüb gəlmişik. Gənclər ikiqat həvəslə yanaşmalıdır. Bunu etsələr, həyəcanı yaşaya bilərlər.
 
- Bu komanda Avropa Liqasına yüksəlsə, nə uğur qazana bilər?

- Bunu Avroliqaya vəsiqə qazandıqdan sonra fikirləşərik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail