Rövnəq Abdullayev: " İslamiadaya yığmamızı yerli məşqçilər çıxaracaq" - MÜSAHİBƏ

11.03.2017 | 3420 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük Dəbilqə" turniri zamanı brifinq keçirərək jurnalistlərin suallarını cavablandırıb: 

- Azərbaycan cüdo yığması ilk yarış günündə cəmi 1 bürünc medal qazandı. Bu nəticəni necə dəyərləndirirsiniz?

- Normal. Bu, artıq ənənəvi xarakter alıb. Ötən il 100-dək ölkə təmsil olunurdu. Bu il isə İslam Həmrəyliyi Oyunları səbəbindən yarış vaxtını dəyişdik. Böyük turnirdi. Böyük Dəbilqənin vaxtını dəyişməklə 30-dan artıq ölkə Bakıya gəlibsə, yaxşı göstəricidi. Bu, həm də bir məşqdi. Əsas məqsədimiz Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına yaxşı hazırlaşmaqdan, milli komandanı formalaşdırmaqdan ibarətdi.

- Bəs 2018-ci ildə Bakıda təşkil olunacaq dünya çempionatına hazırlıq necə gedir?

- Hazırlıq hər gün gedir. 4 illik tsiklin sonu 2020-ci il Tokio Yay Olimpiya Oyunları olacaq. Hazırlıq olimpiadadan-olimpiadayadır.

- Böyük Dəbilqə hələ iki gün də davam edəcək. Növbəti günlərdə medal şanslarını necə dəyərləndirirsiniz?

- Daha çox orta və ağır çəki dərəcələrində imkanlarımız yüksəkdi. Yəqin ki, onlar da öz sözlərini deyəcəklər. Bir qədər tamaşaçı sarıdan zəif göstərici müşahidə olunmaqdadı.

- Belə hal futbolda da müşahidə olunur...

- (gülür) Belədi də... Gərək idmançılar da yaxşı nəticə göstərsinlər.

- Qadın cüdoçuların çıxışları ilə bağlı nə deyə biərsiniz?

- Bu istiqamətdə də çalışırıq. Açığı, bir neçə legioner də cəlb etmişik ki, komandamız güclənsin. Əcnəbi olanda yerliləri də özləri ilə irəli dartırlar. 2 və ya 3 səviyyəli, titullu cüdoçu gətirəcəyik. Növbəti olimpiadaya hazırlıq prosesi uzunmüddətlidi. Bizdə Kifayət Qasımovadan sonra yeni nəsil yetişməyib. Artıq bir neçə legioner cüdoçunun Azərbaycan millisində çıxış etməsinə dair razılığa gəlmişik. Digər çəki dərəcələrində isə yerli cüdoçu yetişdirməyə çalışacağıq.

- 2016-cı ilin sonlarında keçirilmiş Azərbaycan çempionatı barədə nə düşünürsünüz?

- Çox səviyyəli yarış alındı. İştirakçıların sayı 700-ü keçmişdi. Halbuki əvvəllər bu göstərici 150 - 200 idi. Ölkənin bütün bölgələrindən gəlmişdilər. Ən əsası, federasiyamız hər bir bölgədə dayaq nöqtəsi açıb. Məşqçilər hazırlanır, zallara döşəklər göndərilir. Çalışırıq ki, maksimum kütləviliyə nail olaq.

- Azərbaycan yığmasının sabiq baş məşqçisi Peter Zayzenbaher klublararası ölkə çempionatını bərpa etmək istəyirdi. Bu məsələ nə yerdədir?

- Əslində Azərbaycan çempionatı klublar arasında keçirilir. Sırf klublararası çempionat isə görüşlərin səviyyəsini bir qədər aşağı salır. Hətta olimpiada iştirakçıları da ölkə çempionatına qatılır. Bu da çempionatı daha maraqlı edir.

- Yeri gəlmişkən, millinin baş məşqçisini nə zaman təsdiqləyəcəksiniz?

- Hazırda axtarışdayıq.

- Demək olarmı ki, Zayzenbaherlə davam etməyəcəksiniz?

- Demək olar ki... Hələ Avstriya məhkəməsinin onun barədə hansı qərarı verəcəyini bilmirik. Yəqin ki, pozacağıq.

- Yeni baş məşqçini İslam Həmrəyliyi Oyunlarından sonra təyin edəcəksiniz?

- Yəqin ki... İslamiadaya yığmamızı yerli məşqçilər çıxaracaq. Sonra isə yeni baş məşqçi məsələsi üzərində düşünəcəyik.

- Namizədləri müəyyənləşdirmisiniz?

- Bəli, amma indidən deyə bilmərəm. Azərbaycan yığmasına baş məşqçi gəlmək istəyənlər arasında böyük rəqabət var. Bu, elə-belə məsələ deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail