Aqil Məmmədov: "Qarşımıza heç bir məqsəd qoymayıblar" - MÜSAHİBƏ

10.03.2017 | 4303 dəfə oxunub

I Divizionunda 19-cu turun “Mil-Muğan” - “Zaqatala” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aqil Məmmədov jurnalistlərin sualarını cavablandırıb:

Məmmədov əvvəlcə matç barədə fikirlərini bildirib:

- Məğlub olsaq da, hər iki komadaya təşəkkür edirəm. Belə meydanda maraqlı oyun sərgilədilər. Sürətli, kombinasiyalı matç izlədik.
 
- Qış fasiləsindən sonra nəticələriniz yaxşı idi. Amma sonra nəsə dəyişdi. Nə baş verdi komandada?
- I Divizionda oynamaq asan deyil. Futbolçuların səviyyəsi aşağıdı. Uşaq səhvlərindən qollar buraxıb məğlub oluruq.
 
- Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Düzü, qarşımıza heç bir məqsəd qoymayıblar. Sadəcə, biz komanda olaraq istəyirik ki, üst sıralar uğrunda mübarizə aparaq.
 
- Son saniyələrdə iki ardıcıl penalti epizodi oldu. Fikriniz?
- Bu barədə danışmağı sevmirəm. İndi dəqiq nəsə deyə bilmərəm. Gərək epizodun təkrarına baxım.

- Əgər təkrarda penaltinin olduğunu görsəz, Ramin Musayevə şikayət edirsiz?
- Elə oyunlar olub ki, mətbuat konfransında etirazımı bildirmişəm. Amma bu heç nəyi dəyişmir. Necə ki, biz futbolçulara eyni səhvlərin təkrar olunmamasını tapşırırııq, hakimlər də bu səhvləri etməsinlər.
 
- Maaşların verilməməsinin oyuna təsiri var?
- Az da olsa, futbolçunun fikri qalır bu məsələdə. Amma pulu fikirləşən futbolçular elə I Divizionda da qalacaq.
 
- “Şəmkir”lə oynayacaqsız. Revanş barədə düşümürsüz?
- Biz komandaya adına görə qiymət vermirik. “Şəmkir” asan rəqib deyil. Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Orada da stadion yaxşı deyil .Adi oyun kimi yanaşacağıq.
 
- Mövsümün əvvəlində deyilirdi ki, “Mil Muğan” növbəti möövsüm Premyer Liqada olacaq. Yayda belə bir sürpriz gözləmək olar?
- “Mil Muğan” infrastruktur cəhətdən Premyer Liqada oynamağa hazırdı. Mən də istəyərəm elə bir sürpriz olsun.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail