Bakıda Böyük Dəbilqə yarışının açılışı olub - FOTOLAR

10.03.2017 | 3534 dəfə oxunub

 Heydər Əliyev adına İdman Sarayında start götürən cüdo üzrə Böyük Dəbilqə turnirinin açılış mərasimi keçirilib. 

"Report"un məlumatına görə, təntənəli mərasimdə əvvəlcə 31 iştirakçı ölkə təqdim olunub. Stadium.Az xəbər verir ki, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Böyük Dəbilqə kimi nüfuzlu yarışın Azərbaycan paytaxtında keçirilməsi idmana dövlət səviyyəsində göstərilən qayğının nəticəsidir.

O, Bakıda I Avropa Oyunları, Formula 1 üzrə Qran Prinin, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarının təşkilini misal göstərib. Nazir müavini bildirib ki, cüdo Azərbaycanda ən populyar idman növlərindən biridir. İ.İsmayılov Yay Olimpiya Oyunları, Avropa və dünya çempionatlarında çoxlu medalın qazanıldığını xatırladaraq, 31 ölkədən 184 cüdoçunun qatıldığı turnir iştirakçılarına uğurlar arzulayıb.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Prezident İlham Əliyevə və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevə Böyük Dəbilqənin hər il təşkilinə dəstək olduqları üçün minnətdarlığını bildirib. O, belə bir uğurlu yarışın təşkilatçılığını həyata keçirən ACF-ni təbrik edib.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev yarış iştirakçılarına dəvəti qəbul edərək turnirə qatıldıqları üçün minnətdarlıqlarını bildirib. O deyib ki, Böyük Dəbilqə artıq Azərbaycanda ənənəyə və böyük cüdo bayramına çevrilib. R.Abdullayev yarışı açıq elan edib.

İJH-nin və Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam etdirilib. 110 kişi və 73 qadın cüdoçunun qatıldığı Böyük Dəbilqəyə martın 12-də yekun vurulacaq.














Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail