Kamran Ağayev: "Tam sağalmağıma ehtiyac var"

10.03.2017 | 3581 dəfə oxunub

“Artıq iki gündür heyətə dönmüşəm. Özümü yaxşı hiss edirəm. Sadəcə, tam sağalmağıma ehtiyac var. Ümid edirəm ki, növbəti aylarda özümə gələcəm".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Sport24"ə açıqlamasında Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bildirib. Portuqaliyanın “Boavişta” klubunda çıxış edən təcrübəli əlcək sahibi uzunmüddətli zədədən sonra heyətə dönüb. Ağayev artıq Portu klubu ilə birlikdə məşqlərə başlayıb: "Milli komandanın oyununu düşünürəm. Martın 26-da Almaniyaya qarşı matçda yığmamıza kömək etmək niyyətim var. Millinin oyunundan sonra isə tam müalicə olunmaq üçün çalışacam”.

Ağayev İslam Olimpiadasında komandamızın heyətində çıxış etmək istədiyini də bildirib: “İslam Olimpiadasında çıxış etmək istəyirəm. Əgər təklif gələrsə, sevə-sevə komandamızın şərəfini qoruyaram. Bu mənə oyun təcrübəsi baxımından da çox kömək edər”.

31 yaşlı qapıçı “Boavişta”dakı gələcək taleyinə də aydınlıq gətirib:  “Əvvəl də dediyim kimi, burda qalmayacam. Çünki mən daha iddialı komandalarda, Avropa Liqasında, Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyirəm. Həm də burda vəziyyət yaxşı deyil. Dediyim kimi məni sıxışdırırlar ki, müqaviləmi artırım. Amma müqaviləyə görə özümü bədbəxt edən deyiləm. Mən Azərbaycana gəlmək istəmirəm, Avropada oynamaq istəyirəm”.

“Hazırda təkliflər varmı” sualına qapıçı belə cavab verib: “Hazırda heç bir təklif yoxdur. Amma mövsüm bitəndən sonra yəqin ki, olacaq. Daha uğurlu komandalara keçmək niyyətindəyəm. Bəlkə elə Portuqaliyada avrokuboklarda çıxış edə biləcək bir komandada oynadım”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail