“Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək"

10.03.2017 | 4803 dəfə oxunub

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Tərlan Quliyev deyib.

Yoxlama görüşündə Qətərlə qarşılaşan komandamız 2:1 hesablı qələbəyə sevinib.

Matçdan sonra görüşdəki ilk qolun müəllifi olan “İnter”in futbolçusu fikirlərini bölüşüb:

“Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail