Neymar: "Bu, həyatımın ən gözəl oyunudu"

09.03.2017 | 5414 dəfə oxunub

“Barselona”nın hücumçusu Neymar yeni rekord müəyyənləşdirib. Stadium.Az xəbər verir ki, braziliyalı forvard buna Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında nail olub.

Belə ki, PSJ ilə dünənki görüşün qəhrəmanı olan “sambaçı” qollarla yanaşı, assist sayını da artırıb. 6:1 hesablı qələbənin memarı olan Neymar cari mövsüm ÇL-də məhsuldar ötürmələrinin sayını 8-ə yüksəldib. Bu isə Avropanın ən nüfuzlu klub turniri tarixində bir ilkdi.

Ulduz futbolçu dünənki zəfəri belə şərh edib: “Bu, həyatımın ən gözəl oyunudu. Matçın ssenarisi, qollar və komandanın uğuru: hər şey bir-birini tamamladı. Çox xoşbəxtəm. Hələ oyundan əvvəl deyirdik ki, istənilən rəqibi keçmək gücündəyik. Parisdəki yenilgiyə üzülsək də, təslim olmadıq. Serxi Robertonun qolunda isə ona özüm dedim ki, ora doğru hərəkət eləsin”.

İlk görüşdə 0:4 hesabı ilə məğlub olan “Barselona” cavab matçında 5 top fərqi ilə (6:1) qələbə qazanaraq, 1/4 finala adlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail