İslam oyunlarında Bakıya gələcək futbol milli komandaları bəlli oldu

09.03.2017 | 4916 dəfə oxunub

Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarına qatılacaq ölkələrin adları dəqiqləşib. Stadium.Az xəbər verir ki, mayın 12-22-də təşkil olunacaq yarışda 3 qitə təmsilçisi mübarizə aparacaq.

Avropanı Azərbaycan və Türkiyə təmsil edəcəyi halda, Afrikadan Mərakeş, Kamerun və Əlcəzair, Asiyadan isə Səudiyyə Ərəbistanı, Oman və Fələstin ölkəmizə təşrif buyuracaq.

Komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər qrupda 4 yığma yer alacaq. İlk iki yeri tutanlar yarımfinala vəsiqə əldə edəcəklər. Ümumilikdə isə turnir 16 matçdan ibarət olacaq. Oyunlar "Bayıl Arena", "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika Stadionu və "AZAL Arena"da baş tutacaq. Yarımfinal və final qarşılaşmalarının Respublika stadionunda keçirilməsi planlaşdırılır.

Bakı-2017-nin idman üzrə direktoru Mark Haniban bildirib ki, Azərbaycan hər zaman futbola böyük maraq göstərib: “Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları zamanı da futbol oyunu azarkeşlərin diqqətində olacaq. Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılıb ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarımfinal və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər”.

Futbol yarışları mayın 8-də başlayacaq və qalibin adına həmin ayın 21-də aydınlıq gələcək. İslamiadada 23 yaşadək oyunçular mübarizə aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail