Rüstəm Orucovun dünya birinciliyi davam edir

07.03.2017 | 4313 dəfə oxunub

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Stadium.Az xəbər verir ki, aparıcı cüdoçularımızdan Rüstəm Orucov yenə öz çəkisinin ən güclüsüdür.

73 kq çəki dərəcəsində lider olan Olimpiya mükafatçımız 3130 reytinq xalına malikdir. O, ikinci yerdə qərarlaşan yaponiyalı Soiçi Haşimotonu 199 xal qabaqlayır.

Orucovdan başqa, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) da ilk “onluq”dakı yerini qoruyublar. Cüdoçularımız müvafiq olaraq, 2-ci, 7-ci və 2-cidi.

Onlar kimi, İlqar Müşkiyev (60 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyevin (90 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokaurinin (+100 kq) də mövqeyi dəyişməyib. Təmsilçilərimiz yenə müvafiq olaraq, 18-ci, 33-cü, 22-ci, 12-ci və 21-ci yerdə qərarlaşıb.

Yığmamızın üzvlərindən Tərlan Kərimov (66 kq) 1 pillə geriləməklə, 53-cü yerə enib. Aişə Qurbanlı (48 kq) isə hazırda 49-cudu. O, 4 pillə geriləyib.

Bakıda keçiriləcək “Böyük Dəbilqə” martın 10-12-də olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail