"Qəbələ"nin futbolçusu: "Elə bir şey olmayacaq" - MÜSAHİBƏ

05.03.2017 | 4162 dəfə oxunub

"Qəbələ"nin futbolçusu - “İnter”lə oyunda hesabı açan və əsas millinin Qətərlə oyununa da dəvət edilən Tellur Mütəllimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qələbə topunun müəllifi oldunuz. 90 dəqiqəni necə xaraktericə edərdiniz?

- Çox şadam ki, komandamın qələbəsində mənim də rolum var. Çalışacam bu şəkildə davam edim. Əlbəttə, qollarımı sıralamaq şərti ilə.

- Əsas heyətdə yaxşı oyununla seçilirsən və milliyə dəvət edilmisən. Erkən uğurlar “ulduz”a çevirməyəcək səni?

- Elə bir şey olmayacaq. Çalışacam, necə varamsa, o cür də qalım, yoluma davam edim.

- Bəs milliyə dəvət almağınız sürpriz olmadı?

- Baş məşqçi Robert Prosineçkiyə dəvətə görə təşəkkür edirəm. Milli komandaya düşmək, formasını geyinmək hər bir futbolçu üçün şərəfdi. Buna nail olduğuma görə sevinirəm. Əlbəttə, bunun daimi olması üçün çalışmalıyam.

- Belə erkən dəvət alacağını gözləyirdinmi?

- Nə gizlədim, milliyə dəvət ediləcəyimi gözləmirdim. Bütün fikrimi “Qəbələ”nin oyunlarına yönəltmişdim. Burada möhkəmlənmək haqda düşünürdüm. Bu, sürpriz oldu.

- “Qəbələ”nin müdafiə xəttində tez-tez dəyişiklik edilir. Bu oyununa təsir edə bilərmi?

- Elə bir təsiri olmayacaq. Çünki meydana çıxan hər bir futbolçu güclüdü. Hamımız işimizin öhdəsindən gəlirik. Mərkəz müdafiəçilərinin dəyişməsi fərq etmir.

- Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Hansı ki, bu komanda qış fasiləsindən sonra inkişafdadı...

- Çətin olacaq. Bəli, yaxşı formadadırlar. Heyətlərinə yeni futbolçular cəlb ediblər. Artıq bir dəfə oynamışıq. Bu dəfə də sərfəli nəticə qazanacağımıza inanıram.

- Roman Qriqorçuk oyun zamanı tez-tez səni səsləyirdi. Nə deyirdi?

- Elə bir tapşırıq vermirdi. Əsas tapşırığı müdafiədə diqqətli və sıx oynamaq, sürətli hücumlar qurmaqla bağlı olurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail