"Qəbələ"dən AFFA-ya sərt cavab

03.03.2017 | 4283 dəfə oxunub

AFFA-nın İntizam Komitəsinin dünən çıxardığı məlum qərarlarla bağlı “Qələbə” bəyanat yayıb. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, bəyanatda əvvəlcə xatırladılıb ki, Premyer Liqasının 20-ci turunda keçirilmiş “Kəpəz” – “Qəbələ” oyununda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi klubun üzvlərini cəzalandırıb.

“Qəbələ” İK bu haqda artıq AFFA Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək məsələyə yenidən baxılmasını xahiş edib.

Futbolçumuz Nika Kvekveskirinin 3 oyunluq cəzalandırılması həddən artıq sərt qərardır. Videotəkrardan bəlli olduğu kimi, ən sərt hakim N.Kvekveskirini maksimum iki sarı vərəqə ilə cəzalandıra bilərdi. Çünki N.Qurbanovun gözlənilməz və yolverilməz hərəkətindən sonra futbolçumuz özünü müdafiə etmək üçün instinktiv reaksiya verərək rəqib futbolçunu əli ilə itələyib. Hadisə vaxtı və hadisədən sonra onun hərəkətlərində hər hansı aqressiya müşahidə edilmir. Bu haqda klubun etirazı oyunun protokolunda əksini tapıb. Hesab edirik ki, N.Kvekveskiriyə verilmiş cərimə həddindən artıq ağırdır və minimuma endirilməlidir.

Həmçinin, klubun əməkdaşları Səbuhi Qarayev, Səməd Nəsibov, Səbuhi Səfiyarlı və Zaur Əzizova verilmiş cərimələr də çox yüksəkdir. AFFA İntizam Komitəsi hakimlər briqadasının yazdığı qeyri-obyektiv raporta əsaslanaraq bu qərarı çıxarıb. Qeyd etmək istərdik ki, sözügedən əməkdaşlarımız, həqiqətən də, birinci hissədən sonra hakimlər briqadasına etirazını bildirib. Lakin bu etiraz fiziki təsir həddinə çatmayıb, hakimlər polislərin müşayiəti ilə soyunub-geyinmə otağına daxil olublar. Bu zaman yan xətt hakimi Rza Məmmədovun klubumuza qarşı qeyri-etik ifadə işlətməsi hadisələrin daha da böyüməsinə səbəb olub.

Çempionatın arxada qalan turlarına nəzər yetirsək, klub əməkdaşlarının oyunun hakimlər briqadasına etirazının səbəbini başa düşmək mümkündür. İndiyədək dəfələrlə AFFA rəsmiləri belə “Qəbələ”yə qarşı saysız-hesabsız hakim səhvlərinin olduğunu etiraf ediblər. Lakin heç vaxt klubumuz tərəfindən “ədalət təmsilçilərinə” qarşı aqressiya nümayiş etdirilməyib.

Xüsusilə Avropa meydanlarında layiqli idarəçiliklə diqqət çəkən perspektivli hakim Əliyar Ağayevin “Qəbələ”nin oyunlarında yol verdiyi səhvlərin nədən qaynaqlandığını anlamaq mümkün deyil. Məhz həmin Ə.Ağayev “Kəpəz”lə oyunda son 2 mövsümdə 4-cü dəfə futbolçularımıza mübahisəli qırmızı vərəqə göstərərək komandamıza qarşı qərəzli mövqe göstərib. Başqa oyunlarda analoji vəziyyətlərdə loyallıq göstərən, açıq mübarizəyə şərait yaradan FIFA referisi briqadası ilə birlikdə cəmi 2 tur əvvəl (“Zirə”, 2:2) “Qəbələ”nin 2 xal itirməsinə səbəb olmuşdu.

Təəssüf ki, ölkə idman ictimaiyyətinin böyük ümidlər bəslədiyi referi Ə.Ağayev belə idarəçiliklə həm öz, həm də təmsil etdiyi qurumun nüfuzuna zərbə vurmaqdadır.

“Qəbələ” İdman Klubu daim ədalətli oyun prinsinplərinin tərəfdarıdır və Topaz Premyer Liqasının qarşıdakı 8 turunun məhz bu prinsiplər əsasında keçiriləcəyinə ümid bəsləyir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail