Prosineçkiyə də, onun oyun fəlsəfəsinə də...

03.03.2017 | 5690 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki seçmə komandanın martın 9-da Dohada Qətərə qarşı oynatmaq istədiyi futbolçularının siyahısını açıqlayıb. Siyahıda ancaq Azərbaycan çempionatında çıxış edən futbolçular yer alıb. Çünki bu yoldaşlıq oyunu FİFA-nın oyun təqviminə daxil deyil.

Sözüm onda yox. Elə Azərbaycan çempionatından da yaxşı olmasa belə, normal heyət yığıb Dohaya aparmaq olar. Doha demişən, adam xorvatiyalının bu heyətinə baxanda ancaq bunu deyə bilər: Oooohaaa...

Prosineçki milliləşdirilən dağıstanlı  futbolçular Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və Arif Daşdəmirovu əsas komandaya dəvət edib. Bədavinin millidə oynamasına heç kim etiraz edə bilməz. Kişinin oğlu oynadığı futbolla bunu haqq etdiyini göstərir. Olmayan heydən Ruslan Qurbanovu da görməzdən gəlmək olar. Amma bu adam Şahruddin Məhəmmədəliyev, və Məhəmməd Mirzəbəyovu milliyə dəvət edib. Bular bir yana, 4 aydır “Qarabağ”da meydana çıxmayan Arif Daşdəmirov əsas millidədir. Bunun qarşılığında isə çempionatda şimşək kimi çaxan Nizami Hacıyev, uğurlu çıxışı ilə “Sumqayıt”ın müdafiəsində sədd olan Bəxtiyar Həsənalızadə isə kənarda qalır. Nizamiyə “oyun fəlsəfəmə uyğun futbolçu deyil” deyib onu yəğmadan “silən”, 4 aydır meydana çıxmayan Arifi milliyə dəvət edən Prosineçkiyə bircə sözüm var: Ulan, sənin fəlsəfənə də, sənin sisteminə də...

Amma ortaya başqa məqamlarda çıxır. Prosineçkini çox tənqid edə bilərik. Ancaq bir balaca düşünündə görürük ki, Prosineçkidə ona deyilən futbolçuları milliyə dəvət edir. Dağısdanlı futbolçuların “day day”ı çox güclüdür, yəqin. Belə görünür.

Milliyə lazımsız, heç bir fayda verməyəcək dağısdanlı “artıqlar”ın əvəzinə, Bəxtiyar Həsənəlizadə, Nizami Hacıyev mütləq milliyə dəvət almalıdır. Ölkə futbolunu inkişaf etdiririk deyən AFFA rəhbərliyi lazımsız futbolçuların milliyə dəvətinə göz yumub, komandalarına maksimum qədər xeyir verən Nizami, Bəxtiyar kimi oyunçuların haqqına girilməsinə göz yumduğu sürəcə olardan rəhbər olmayacaq, futbolda da inkişaf.

Belə getsə, Foqtsa şükür edəcəyik. Allah o günlərdən saxlasın.

Vusal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail