Prosineçki millimizin heyətini açıqladı: Almeyda Qətərə qarşı oynayacaq

03.03.2017 | 5645 dəfə oxunub

Martın 9-da Doha şəhərində Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Stadium.Az AFFA-ın saytına istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki görüşə 23 oyunçu dəvət edib.

Bu futbolçulardan 4-ü debütantlardır. “Qarabağ”ın braziliyalı legioneri Riçard Almeyda milliləşərək ilk dəfə əsas milliyə çağırılıb. Bundan başqa Tellur Mütəllimov, Abbas Hüseynov və Şahrudin Məhəmmədəliyev də ilk dəfə əsas milliyə cəlb olunub. 

Matç FİFA pəncərəsində olmadığı üçün Prosineçki xarici klublarda çıxış edən oyunçularımıza dəvət göndərməyib.
 
Milliyə dəvət alan futbolçuların siyahısı isə belədir:

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“İnter”)

Müdafiəçilər: Tərlan Quliyev, Abbas Hüseynov (hər ikisi “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı “Qarabağ”), Tellur Mütəllimov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov (hamısı “Qəbələ”)

Yarımmüdafiəçilər: Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov ("Neftçi”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”)

Hücumçular: Ağabala Ramazanov, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Rauf Əliyev (“İnter”)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail