Azərbaycan və İran döyüşçüləri üz-üzə

03.03.2017 | 3803 dəfə oxunub

Martın 3-də peşəkarlar kikboksinqçilər arasında VIII Heydər Əliyev Kuboku keçiriləcək. Stadium.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran idmançıları döyüşəcəklər.

Bu gün WAKO ASIA-nın prezidenti Nasser Nassiri, hər iki ölkənin kikboksinq federasiyalarının rəsmiləri, həmçinin komandalarının baş məşqçilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı və çəki mərasimi təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov bildirib ki, ənənəvi keçirilən yarış dünyanın müxtəlif ölkələrində də təşkil edilib.

Nassiri isə Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, sabah keçiriləcək turnirin yüksək səviyyədə təşkil olunacağına şübhəsi yoxdu: “Gözləyirəm ki, təcrübə baxımından da maraqlı olacaq. Hər 2 ölkə bir-birindən müəyyən şeylər öyrənə bilər. Sabahkı şounun çox maraqlı alınacağına da əminəm. Bəzi idmançılarımız özlərini qorumaq üçün ayaq qoruyucusu ilə döyüşəcək. Bu da onların gələn ay Asiya çempionatında iştirakı ilə bağlıdı”.

AKF-in digər vitse-prezidenti Səbuhi Rəcəb isə yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, belə yoxlama döyüşlərində əsas məqsəd 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlətməkdi.

Çəki mərasimində Azərbaycan idmançısı Orxan Məlikovun çəkisinin artıq olduğu məlum olub. O, sabah saat 11:00-a kimi çəkisini 1,6 kq azaltmasa texniki məğlubiyyət alacaq.

Turnirdə hakimlik edəcək Şahin Koçak isə döyüşlərdə ədaləti ləyaqətlə qoruyacaqlarını deyib.

Boks Mərkəzində olacaq yarış sabah saat 18:00-da start götürəcək. Azərbaycan kikboksinqçilərindən lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradini, Ruslan Musayev (67 kq) Həmid Amnini, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmirini sınağa çəkəcək.

K-1 döyüşçülərimizdən isə Ramal Aslanov (71 kq) Həmid Asli ilə, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi ilə və Orxan Məlikov (86 kq) Omid Nüsrəti ilə və üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail