Federiko: "Bizi yalnız qələbə qane edir"

02.03.2017 | 4286 dəfə oxunub

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq  hesabına nəticə əldə etmək istəyirik”. 

Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Dario Frederiko klubun saytına açıqlamasında deyib. 

Braziliyalı hücumçu nəticələri yaxşılaşdırmağa çalışacaqlarını bildirib: “Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi. Bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Oyundan-oyuna daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən Premyer Liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.
 
“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə olacaq. “Sarı-göylər” ardıcıllıqla AZAL, “Zirə” və “Sumqayıt”la qarşılaşacaq: “Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.
 
Dario braziliyalılara xas tərzdə texnikası ilə seçilir. O, sağ və sol cinahdan sürətli keçidləri ilə rəqib komandalara təhlükəli anlar yaşatmaq qabiliyyətinə malikdir. O, bu barədə deyir:  “Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri, fintləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnikalı futbola üstünlük verirəm. Texnika mənim ən güclü tərəfimdir, ona görə də bir-birə epzidolarda qarşımdakı futbolçunu aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox”. 
 
Frederiko Gəncə publikasının əv sevimli oyunçularındandır. Azarkeş – Dario sevgisi həm də qarşılıqlıdır: “Azarkeşlərin məni belə sevməsi çox xoşdur, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq mənim üçün olduqca qürurvericidir. Eyni münasibəti mən də fanatlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Məşqçilər, futbolçular, klub rəhbərliyi və təbii ki, fanatlar eyni yolda uğura doğru addımlayır. Azarkeşlər bizim “12-ci oyunçu”muz hesab olunurlar. Onlarsız bizə çətin olar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail